24 iyun 2022 14:12
768

Azərbaycanla Rusiya arasında beynəlxalq informasiya təhlükəsizliyi üzrə əməkdaşlığa dair Saziş imzalanıb

İyunun 24-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

“İki sahil” xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Serqey Lavrov imzalayıblar.