24 iyun 2022 17:07
1033

Siyasi partiyaların azad edilən ərazilərdə görülən işlərlə bağlı məlumatlandırılması çox vacib nüansdır - Zaur Məmmədov

Hər bir ölkə üçün siyasi sabitlik və siyasi partiyalarla sistemli iş çox vacib nüansdır. Ələxsus o dövlətlər, hansı ki, müharibə təhdidi qarşısında qalıblar, və yaxud ayrı-ayrı geosiyasi güclərin mübarizə meydanına çevriliblər. Biz 1990-cı illərin əvvəllərində Azərbaycanda eyni zamanda, Ukranyada bunu bir neçə dəfə gördük ki, siyasi həmrəyliyin, milli-mənəvi siyasi dəyərlərlə bağlı milli ideoloji baxışlarla bağlı vahid konsepsiya və ideologiyanın olmaması ölkə üçün hansı təhdidlərə gətirib çıxara bilər. 1990-cı illərin əvvələrində Azərbaycanda eyni zamanda, 2013-2014-cü illərdə Ukranya bir neçə dəfə müxtəlif ölkələrdə biz bunun şahidi olduq ki, cəmiyyət və siyasi partiyalar arasında pərakəndəlik hansı nəticəyə gətirib çıxardı. 

Bunu "İki sahil"ə açıqlamasında siyasi partiya rəhbərlərinin Zəngilana səfərində iştirak edən politoloq Zaur Məmmədov bildirdi.

Ekspert qeyd etdi ki, Azərbaycan Prezidentinin apardığı siyasi islahat kursu nəticəsində ölkəmizdə milli həmrəyliyin əldə olunmasında istiqamətində böyük uğurlar əldə edildi: "Bu siyasətin nəticəsi olaraq  Prezident Administrasiyasında Siyasi partiyalarla iş şöbəsi yaradıldı. Bu şöbənin yaradılmasından sonra siyasi dialoq istiqamətdə ciddi işlər həyata keçirildi və nəticə olaraq ilk dəfə olaraq demək olar ki, bütün siyasi partiyalarla dövlət arasında dialoq başladı. Bunun nəticəsi kimi Vətən müharibəsi vaxtı partiyalar arasındakı həmrəylik oldu, Ali Baş Komandana dəstək ifadə olundu, eyni zamanda, dövlət-xalq birliyinin şahidi olduq. Bu gün də həmin istiqamətdə işə ehtiyac var. 44 günlük Vətən müharibəsindən sonra azad edilən ərazilərdə dövlətin apardığı yenidənqurma işləri ilə siyasi partiya rəhbərlərinin tanış olması, onların görülən işlərlə bağlı  məlumatlandırılması çox vacib nüansdır".

Politoloq qeyd etdi ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə yənələn informasiya təhdidləri zamanı da siyasi partiyaların həmrəyliyinin şahidi olduq: "Siyasi partiyalar Ali Baş Komandana öz dəstəklərini ifadə etdilər. Bu gün Zəngilana səfər çərçivəsində siyasi partiya təmsilçilərinin azad olunmuş ərazilərdə görülən işləri öz gözləri görməsi, abadlaşdırılma işləri ilə tanış olmaları əlbəttə ki, çox vacibdir."

Röya Rasimqızı, “İki sahil”