24 iyun 2022 18:41
1019

Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki,  paylaşımda deyilir:

"Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!"