25 iyun 2022 12:48
480

Boorel İrana gedib

Avropa İttifaqının (Aİ) beynəlxalq məsələlər üzrə komissiyasının rəhbəri Joze Boorel İrana səfərə gəlib.

"İki sahil" xəbər verir ki, Aİ-nin nümayəndəsi İranın xarici işlər naziri Hüseyn Əmir Abdulahian və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə İranla Qərb dövlətləri arasında Vyanada aparılan danışıqlar müzakirə olunacaq.

Qeyd edək ki, İranın nüvə proqramının gələcəyi və tətbiq olunan sanksiyaların aradan qaldırılması istiqamətində Vyanada aparılan danışıqlar heç bir nəticə vermədi. Buna baxmayaraq, danışıqların davam etdirilməsi qərara alınıb. Danışıqlarda İran sanksiyaların aradan qaldırılmasını tələb edir. ABŞ isə danışıqlarda birbaşa iştirak etməsə də, Avropadakı müttəfiqlərinin vasitəsilə nüvə proqramı ilə yanaşı, İranın raket proqramının da müzakrə olunmasını təklif edir. Lakin İran raket proqramının müzakirəsini rəsmi Tehranın “qırmızı xətti” hesab edir və bu məsələnin müzakirəyə çıxarılmasının milli maraqlarına zidd olduğunu bildirir.

İran mətbuatında dərc edilən materiallada qeyd olunur ki, Ukraynda baş verən hadisələr Rusiya-Avropada münasibətlərində gərginlik yaradıb və bunun nəticəsi olaraq Avropa enerji böhranı ilə üzləşib. Aİ nümayəndəsinin Tehrana səfəri İranla enerji məsələlərində əməkdaşlıq əlaqələrini bərpa etməkdən ibarətdir.