25 iyun 2022 15:57
742

Avrokomissar: Azərbaycanla aparılan danışıqlar yekun mərhələdədir

Azərbaycanla təbii qaz tədarükünün artırılması ilə bağlı danışıqlar yekun mərhələdədir.

“İki sahil” xəbər verir ki, bunu Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Estoniyanın "Postimees" qəzetinə müsahibəsində deyib.

"Ötən həftə Avropa İttifaqı qaz tədarükünün artırılması ilə bağlı İsrail və Misirlə razılıq əldə edib. Bundan başqa, Norveçlə əməkdaşlıq dərinləşdirilib, Azərbaycanla danışıqlar isə yekun mərhələdədir", - deyə o bildirib.

Avrokomissar vurğulayıb ki, qazın birgə satın alınması Aİ ölkələri arasında yekdillik və koordinasiya tələb edir, Avropa Komissiyasının işi bunun üçün zəruri şərait yaradır.

"May ayında Avropaya rekord həcmdə, 12,8 milyar kubmetr mayeləşdirilmiş təbii qaz tədarük edilib. Bu, Avropanın tarixində ən yüksək aylıq tədarük həcmi olub", - K.Simson deyib.