Xalq və dövlət hər zaman Ordusu ilə fəxr etməlidir və biz də hər zaman Ordumuza qurur mənbəyi kimi baxaraq fəxr etmişik. İnanırdıq ki, Ordumuz üzərində düşən qələbə missiyasını, torpaqlarımızın işğaldan azad edilməsi işini şərəflə yerinə yetirəcək.
Sözsüz ki, bu ali missiyasının yerinə yetirilməsi üçün dəmir iradəli sərkərdə, güclü lider də lazım idi.
Məhz Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkənin iqtisadi tərəqqisinə nail olunaraq, ordumuzun güclənməsi istiqamətində həyati vacib işlərə imza atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı.
Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu.
Nəticədə 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü və qüdrətini nəinki Ermənistana, eyni zamanda dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək”. Müharibə tarixində inanmıram ki, belə hal olsun ki, hər hansı ordu ancaq irəli getsin. Lakin Azərbaycan ordusu həm gücünə və həm də Ali Baş Komandanın qurduğu düzgün hərbi- siyasi taktikaya görə buna nail oldu.
Sözsüz ki, Qələbəni şərtləndirən amillər sırasında iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması qeyd olunmalıdır.
Latın dilində tarixə düşən atalar sözündə deyildiyi kimi “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Azərbaycan da bu gün sülhü istəyən bir ölkə olaraq, davamlı sülhün təminatçısı ki, uğurlu siyasət və güclü ordunu görür.
Azərbaycan hər zaman sülhün, əməkdaşlığın və inkişafın tərəfdarı olan bir ölkə olub. Dövlət başçısı dəfələrlə təəssüf hissi ilə bildirib ki, beynəlxalq münasibətlər sistemin artıq hüquq deyil, güc daha çox işləyir. Və Azərbaycan da öz təhlükəsizliyini qorumaq üçün Azərbaycan Ordusunun daha da inkişaf etdilməsini həyata keçirməkdədir.
Müharibədən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi üçün silah-sursat təchizatı artırılmaqda, komando bölmələrinin yaradılması sürətlənməkdədir. Eyni zamanda cənab Prezidentin hərbçilərlə görüşləri onlara diqqət və qayğının artırlması da Ordumuzun daha da güclü olması üçün əsas stimullardandır.
Cəsarət Hüseynzadə,
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri