26 iyun 2022 00:16
848

Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldılıb

Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.

“1918-ci il iyunun 11-də Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyimizin himayəsi ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb.

Gəncə baş konsulumuzla açılış öncəsi yoxlama apardıq”, - səfir sosial şəbəkə hesabında yazıb.