26 iyun 2022 00:40
825

Ceyhun Bayramov: Azərbaycan Ordusunun hər bir əsgərinə şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə tviterdə təbrik paylaşıb.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilib:

“Silahlı Qüvvələrinin bütün şəxsi heyətini 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edir, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun hər bir əsgərinə bu şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm.

Eşq olsun Azərbaycan Ordusuna!”.