26 iyun 2022 19:46
965

Dövlətimizin başçısı Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

“İki sahil” xəbər verir ki, dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.