28 iyun 2022 12:30
868

Milli Məclis Qırğızıstanla hava əlaqəsi haqqında sazişi təsdiq etdi

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

“İki sahil” xəbər verir ki, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Saziş Qırğızıstanla hava əlaqələrinin qurulmasını, iki ölkənin bir-birinin hava məkanından istifadə etməsi və s. məsələləri nəzərdə tutur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.