29 iyun 2022 11:53
891

Milli Məclis Venezuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıb

Milli Məclis Venezuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıb.

"İki sahil" xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycan-Venezuela parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Deputat Tamam Cəfərova işçi qrupuna rəhbər təyin edilib.