29 iyun 2022 23:20
781

Milli Məclisdə İraq parlamentinin nümayəndə heyəti ilə görüş - FOTO

İyunun 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan İraq Respublikası parlamentinin sədr müavini Abdullah Ahmad Şaxvan Talabaninin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, qonaqları salamlayan vitse-spiker ölkələrimiz asında diplomatik əlaqələrin qurulmasından, dostluq münasibətlərinin inkişafından danışıb. Azərbaycan tarixində xüsusi yeri olan 44 günlük Vətən müharibəsi zamanı İraqın tutduğu mövqeyi, ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirən vitse-spiker həm ikitərəfli, həm də beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığımızın hər iki tərəfin mənafeyinə uyğun olmasını bildirib.