01 iyul 2022 11:42
676

Ali Faysal: Biz istəyirik Bakı Bəyannaməsində Fələstin problemi öz əksini tapsın

“Biz istəyirik ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Fələstin xalqının mübarizəsini dəstəkləsin”.

“İki sahil” xəbər verir ki, bu barədə Fələstin Parlamentinin vitse-spikeri Ali Faysal çıxışında bildirib.

“Biz istəyirik ki, qəbul olunacaq Bakı Bəyannaməsində Fələstin problemi öz əksini tapsın. Qoşulmama Hərəkatı öz layihələrində, qərarlarında Fələstin problemini hər zaman qeyd edib, bizim hüququmuzu vurğulayıb”, - o deyib.