Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz
Dövlət Sosial Müdafiə Fondunun yeni elektron xidmət təqdim edib.
“İki sahil” xəbər verir ki, yeni elektron xidmət vasitəsilə bundan sonra sosial sığorta ödəmələri - əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə, uşağın anadan olmasına görə, dəfn xərci kimi nəzərdə tutulan müavinət ilə bağlı müraciətə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən onlayn rejimdə öyrənmək mümkündür.
Bildirilib ki, bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz. Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.
Bu zaman müraciətin nəticəsi olaraq məlumatı - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.