03 iyul 2022 15:24
730

TDT-yə üzv ölkələrin investisiya fondu yaradılacaq

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin investisiya fondunun yaradılması planlaşdırılır.

"İki sahil" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransı çərçivəsində deyib.

"Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inkişafı və inteqrasiyası üçün 2040-cı ilə qədər türk dövlətləri arasında qarşılıqlı fəaliyyət konsepsiyası haqqında sənəd hazırlamışıq", - deyə Q.Gözəlov bildirib.