03 iyul 2022 16:34
777

Talqat Kaliyev: Media sahəsində kadr mübadiləsi proqramları formalaşdırılmalıdır

Türk dünyası ölkələri sərnişin aviadaşımalarının istiqamətlərini qarşılıqlı şəkildə genişləndirməlidirlər.

"İki sahil" xəbər verir ki, bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransında deyib.

"Türk dünyasında turizmin inkişafı üçün hava əlaqəsini genişləndirməli, daha sərfəli tariflər müəyyən etməliyik", - deyə T.Kaliyev bildirib.

O, həmçinin türk dövlətlərinin inteqrasiyası üçün, xüsusən də media sahəsində kadr mübadiləsi proqramlarının formalaşdırılmasını təklif edib.