03 iyul 2022 21:22
743

Ceyhun Bayramov sabah İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 4-də İrana səfər edəcək.

“İki sahil” xəbər verir ki, səfər İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın dəvəti ilə reallaşacaq.

Məlumata görə, Ceyhun Bayramov səfər çərçivəsində bir sıra hökumət rəsmiləri, o cümlədən İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşərək ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq.