04 iyul 2022 15:05
573

Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsi mərhələsindəyik

“Rəsmi Tehran və Bakı arasında münasibətlər anlaşılmazlıqdan sıx əməkdaşlığa keçid edir”.

“İki sahil” “Mehr”ə istinadən xəbər verir, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər bir sıra məsələləri, o cümlədən İran və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ərazi bütövlüyünün tanınması və dəstəklənməsi məsələlərini müzakirə ediblər.