07 iyul 2022 15:13
625

Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur

“Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Bu münasibətlərin dünyada bənzəri yoxdur”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, Azərbaycan strateji münasibətlərin gələcəkdə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməcəyik:

“Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərən dövlətdir”.