07 iyul 2022 15:57
820

Qonşularla əməkdaşlıq önəmli və dəyərlidir

“Qonşularla əlaqələrin qurulması vacib məsələlərdən biridir”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.

Səfir bildirib ki, biz qonşularla normal əlaqələr quraraq işbirliyimizi də genişləndirməliyik: “Qonşularla əməkdaşlıq önəmli və dəyərlidir. Gürcüstanla, İranla da bu çərçivədə münasibətlərin inkişafında maraqlı olmalıyıq”.