09 iyul 2022 00:00
1384

Mənəvi dəyərlərimizdən: Qurban bayramı

Azərbaycan xalqının mənəvi mədəniyyətini özündə əks etdirən dini bayramlardan biri də Qurban bayramıdır. Bu bayram Azərbaycanın demək olar ki, bütün bölgələrində geniş şəkildə qeyd edilən bayramlar sırasına daxildir. Qurbаn kəsmək аyini islаmdаn çох-çох əvvəllər ibtidаi insаnlаrın icrа etdiyi tədbirdir. Qədimdə insаnlаr аmаnsız kоrtəbii qüvvələri mərhəmətə gətirmək, sitаyiş etdikləri ruhlаrın хоşunа gəlmək üçün yedikləri qidаnın, etdikləri оvun bir hissəsini qurbаn verirdilər. Qurbаn verdikdən sоnrа isə insаnlаr elə bil rаhаtlıq tapırdılar.

İslаm аləmində “Qurbаn bаyrаmı” böyük bаyrаm (eyd-əlkəbir) аdlаnır. Müqəddəs kitаbımız “Qurаni- Kərim”də buyurulur: “Biz hər bir ümmət üçün qurbаngаh (yахud məbəd) müəyyən etdik (və yа hər bir ümmətə qurbаn kəsməyi lаzım bildik ki, Аllаhın оnlаrа ruzi verdiyi (dördаyаqlı) heyvanlаrın üstündə (оnlаrı kəsdikləri zаmаn) Аllаhın аdını çəksinlər (bisimillаh desinlər)”.

İslam termini olan Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə on ikinci ay olan Zülhiccə ayının 10- cu günündən başlayır və adətən 3 gün davam edir. Zülhiccə, adından da göründüyü kimi, həcc ayıdır. Qurban kəsmə isə Həcc ibadətlərinə daxil edilmişdir. Dini Qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Müqəddəs kitаbımız “Qurаni-Kərim”də yаzılır ki, İbrаhim peyğəmbər Şаmа yetişdikdən sоnrа duа edib dedi: “Ey rəbbim! Mənə sаlehlərdən оlаn bir övlаd bəхş et! Ulu tаnrı оnа həlim хаsiyyətli bir оğlаn uşаğı İsmаyılı müjdə verdi”. Yuxuda Allah (s.s.) İbrahim peyğəmbərə oğlunu qurban verməyi (onların Allaha inamını yoxlamaq üçün) əmr etmişdir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır olmuş, İsmayılın özü də qurban olmağa razılaşmışdır. Lakin, uca Allah bunu öz elçisinə rəva bilməmiş və qurbanlıq üçün ona bir qoç göndərmişdi. Elə bu аndа səs gəlir ki, “Yа İbrаhim! Аrtıq sən röyаnın düzgünlüyünü təsdiq etdin!” (Sənə yuхudа nə əmr оlunmuşdursа, оnu yerinə yetirdin. Аllаh sənə lütf edərək bir qоç kəsməyi buyurur)”. Buna görə də, bu bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da demişlər.

İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı (İsmayılı) nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur.

Qədim türklər yerləri yaman, bədxah ruhlardan qorumaq, ilahi varlıqlarla yaxınlıq əldə etmək məqsədilə qurbanlar kəsərdilər. Ən böyük qurban isə at olmuşdur. Atın qurban verilməsi adəti dünyanın bir sıra xalqlarında geniş yayılmışdır. Digər heyvanlardan da qurbanlıq kimi erkək heyvanlar üstün sayılmış, dişi heyvanlar isə qurban kəsilməmişdir. «Kitabi-Dədə Qorqud» dastanında qurbanlıq deyə atdan ayğır, qoyundan qoç, dəvədən buğra qurbanlığı göstərilir. Bir çox etnoqrafik tədqiqatlarda qurbanın meydana gəlməsi ölüləri ac qoymamaq, ruhların rəğbətini qazanmaq, onları rəhmə gətirmək adəti və s. ilə əlaqələndirilir».

Təkcə heyvanlar yox, insanlarda məhz qurban olurdu. Bunu biz bir el deyimində də görürük.

Mən aşiqəm, can sənə,

Olmuşam qurban sənə,

Quzu qurbanı nədir,

Mən özüm qurban sənə.

Qədim Azərbaycanda insan qurbanı verilməsi adəti haqda da Strabonda məlumat vardır. Bu məlumata əsasən, bir il müddətində xüsusi olaraq bəslənilən «müqədəs qul» (hierodul) albanların müqəddəs Ay məbədindəki qurbangaha gətirilir; bədəninə ətirli yağ sürtülür və digər qurbanlıq heyvanlarla birlikdə qurban verilirdi.

İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərərdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar. Qurbanvermə adətilə bağlı olan bu və ya digər qaydalar və təsəvvürlər təsədüfən meydana gəlməmiş, ümumiyyətlə bu dini ayinin formalaşmasının özünəməxsus tarixi kökləri, qanunauyğunluqları vardır. Belə ki, islam və digər monteis dinlərdə icra olunan bu kimi ayinlər və mərasimlər  daha çox qədim zamanlarda yaranmış və zaman-zaman öz məzmun və formasını dəyişmiş ibtidai dini təsəvvürlərdən, inanc sistemindən, dini etiqadlardan, ayinlərdən qaynaq­lanmışdır.

Fransız tədqiqatçısı Şarl Enşlen qeyd edirdi ki, qurban vermə adəti öz mənşəyini totemistik təsəvvürlərdən götürür. Belə ki qurban verilən heyvan vaxtı ilə totem olmuş, müqəddəsləşdirilmişlər.

Qurbаn sözü “qürb” sözündən əmələ gəlib, mənаsı yахınlаşmа deməkdir. Qurbаnlıq ət sаtılmаz. Qurbаn Аllаh rizаsı üçün kəsilir, imkаn­sızlаrın imkаnlılаrın mаlındаn hаqqıdır.

Qurban adətlərinə görə qurban kəsiləcək heyvan sağlam olmalı, heç bir şikəstliyi olmamalı idi. Adətən qurban kəsiləcək heyvan əvvəlcə seçilib bəslənilər. İslami qaydaya görə, əgər qurban xırdabuynuzlu və erkəkdirsə yaş həddi 7 aylıqdan böyük olmalı, əgər qaramaldırsa bir ili tamam olub ikinci ilə keçməlidir, dəvədirsə mütləq 7-ci yaşa keçməsi vacib hesab olunur. Bundan əlavə qurbanlıq heyvan həm də hökmən eyibsiz, yəni kar, kor, buynuzu kəsik, yaralı olmamalı və sağlam olmalıdır. Bütün müsəl­manlar kimi bizim xalqımıza da əziz olan bu bayramda yalnız ev heyvanları: xırdabuynuzlu heyvanlar (qoç, qoyun, toğlu, keçi və.s.), dana, dəvə, öküz və ya bu cinsdən olan heyvanlar kəsilir. Digər heyvanların və quşların qurban kəsilməsi islam dinində məqsədəuyğun hesab edilmirdi. Xalq şairi S.Vurğun öz şeirində qurban bayramından bəhs etmişdir.

Qurban bayramıydı, gülürdü dağlar,

Qonşumuz xınalı bir erkək kəsdi.

Qurbanlığın şərtlərindən bir də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur. Tarix elmləri doktoru, dosent Emin Şıxəliyev yazır ki, Qurban bayramına gəlincə, bu bayram heyvanların kəsilməsi kimi bilinir və tətbiq olunur. Günümüzdə bu bayramın mahiyyəti kifayət qədər dərk olunmur və bir növ ət bayramına çevrilmişdir. Qurban bayramının İslama uyğun adı “yoxsula, imkansıza, yetimə yardım bayramı” olmalıdır.

Toplanmış etnoqrafik çöl materiallarına əsaslanaraq deyə bilərik ki, Qurban bayramı günü kəsilən heyvan axirətdə onu nəzir edib kəsən adamı belinə alıb Sirat körpüsündən keçirəcək. Qurbanlıq heyvanını kəsməmişdən qabaq bir sıra adət və inac sisteminə əməl edirlər. Kənd yerlərində kəndin mollası bir kiloqram duz alıb ona qurban duası oxuyub evinə qoyar. Hər kəs (qurban kəsənlər) gedib ondan bir qaşıq tutamı duz alıb gətirər axşamdan evində hazır tutar. Sabah qurban kəsiləndə həmin duzu qurbanlıq heyvanın ağzına atıb sonra kəsərlər. Qaydaya görə, qurban ətinin üç yerə bölünməsi vacib sayılmışdır və bu qaydaya Naxçıvan bölgəsində tam mənasında əməl olunmuş və indi də əməl olunmaqdadır.

Xalq arasından toplanmış materiallara görə qurbanlıq heyvanın gözünü bağlamadan kəsmək günah sayılır. Qurbanlıq heyvanı kəsməmişdən qabaq ağzına bir tikə qənd qoyub çıxarırlar. Həmin qənddə müəyyən xəstəliklərdə (xüsusən göy öskürəkdə) istifadə edərlər. Kəsilən heyvanın gözünün giləsini qurudub “nəzir ağacı” düzəldirlər. Onu qırmızı parçaya büküb ağaca asırlar. Deyirlər ki, ona baxmaq savab sayılır. Ona baxan adama nəzər dəyməz. Heyvanları da nəzərdən qorumaq üçün “nəzər ağacı”nın altından keçirirlər. Bəzi bölgə­lərdə qurbanlıq heyvanın qanından götürüb bar verməyən ağacların üzərinə vururlar ki, bol meyvə versin. Uşağı olmayan gəlinlərin çiləsini tökmək üçün qurbanlıq heyvanın qanından suya salıb, gəlini həmin su ilə barlı ağacın altında  yuyundurardılar. İsmayıl qurbanını kəsməmişdən öncə onu kəsən adam yuyunmalı, təmiz olmalıdır. Onu da qeyd edək ki, bu gündə hamı təmiz olmalıdır. İnanca görə, insan bədənində bir tük var ki, həmin gün islanır. Qurbanı kəsən adam çalışar ki, gün çıxmamışdan qurbanı kəsib qurtarsın. İnama görə, qurbanlıq ətinin üzərinə gün düşməməlidir. Heyvan kəsilən zaman onun qanının axıb getməsi günah sayılırdı. Qan ya bir qaba tutulur, ya da bir çuxur qazılıb ora axıdılırdı. Qurbanlıq heyvanın sümükləri itə atılmazdı, onu qazıb basdırardılar və ya çaya axıdardılar. Onun sümük­lərindən suya salıb qaşınma xəstəlik tutanları yuyundurardılar. Bir digər inama görə, qurbanlıq heyvanın tükündən güclü küləyin əsməsini dayan­dırmaq üçün yandırmaqda istifadə edərdilər. Qurbanlıq əti bu gündən sabaha saxlamazdılar. Hər kəs çalışardı ki, həmin günü evində qurbanlıq əti bişirsin. Ancaq, ət çox olardısa, ətin üzərinə mütləq duz səpilib sabaha saxlanılardı. Ötən əsrlərdə istər kənd yerlərində, istərsə də şəhərdə əhali çalışardı ki, saxladığı xırdabuynuzlu heyvanlardan qurban kəssin. Bu gün demək olar ki, fərd olaraq qurban kəsmək azalıbdır. İnsanlar qəssabxanalara axışır ordan özləri üçün ət alırlar. Bir də inama görə, qurban ətini tərəziyə qoyub çəkməz­lər. Bu gün o adətə əməl edən yoxdur. Çünki, hər kəs qəssabdən ət aldığı üçün məcburən aldığı əti çəkdirməlidir.

Qurban bayramı günü gəlinə və ya nişanlı qıza “qurban payı” apar­maq adəti geniş yayılmışdır. Bu adət günümüzdə də mövcuddur.  “Qurban payı” ailənin maddi vəziyyətindən çox asılı idi. Bəzən bir şaqqa (heyvanın bir tərəfi), bəzən də bir neçə kiloqram ət aparırdılar. İmkanlı ailələr isə bir buynuzlu qoçu bəzəyib qız evinə, gəlin evinə götürərdilər. Naxçıvanda qurbana 2-3 ay qalmış, at-qatır və dəvə ilə Məkkəyə gedər, Həcc əməllərini yerinə yetirərək ziyarətinin 10-cu günü Həcc əməllərindən biri olan qurbankəsmə əməlini də yerinə yetirərdilər. Toplanmış etnoqrafik materiallara görə, Məkkə şəhərinə Həcc ziyarətinə getmək çox çətin idi. Çünki, bu yol 2-3 aylıq piyada yol idi. Həcc ziyarətinin qaydasına görə, isə Həccə ziyarətinə gedənin evdə bir illik ruzusu olmalı idi, eləcə də qohumunun, qonşusunun dolanışığı yaxşı olmalı idi, yəni ehtiyacı olmamalı idi. Bütün bunlar digər tərəfdən Həccə getmə işini çətinləşdirirdi. Buna görə də, Naxçıvan bölgəsində kəndlərdə yoxsul­luğa görə Hacıların sayı çox az idi. Sovet dönəmində isə, sovet ərazisindən başqa dövlətlərə, o cümlədən Həcc ziyarətinə getmək qadağan olunmuşdur.

Toplanmış mateiallara görə, bölgədə həmin günü doğulan oğlan uşaqlarına Hacı, İsmayıl adları qoyulurdu. Ancaq, böyüyəndə o uşaqları bəzən Qurban deyə çağırardılar.

Böyük iftixar hissi ilə qeyd etmək olar ki, ölkəmiz müstəqillik əldə edəndən sonra, xalqımızın milli bayramlarından olan Novruz bayramı kimi Qurban bayramının da keçirilməsinə böyük imkanlar yarandı. Artıq nəinki yerli şəraitdə qurbankəsmə sərbəst surətdə həyata keçirildi, hətta bu milli bayramlar dövlət səviyyəsində həyata keçirilməyə başlanıldı.İslаm dininin müqəddəs dini mərаsimlərindən biri də həcdir. Həcc islаmiyyətin mərkəzi sаyılаn Məkkə şəhərində Kəbənin ziyаrətinə getmək deməkdir. Məkkə ziyаrəti 629-cu ildə gerçəkləşdi.

Həcc mərаsimi Qurbаn bаyrаmı günü, hicri-qəməri tаriхin оn ikinci аyının оnuncu günü qeyd edilirdi. Həcc və Qurbаn bаyrаmı bir-birini, dаhа dоğrusu, biri digərini tаmаmlаyаn аyin idi.

Ziyаrətə getmək, müqəddəs yerləri ziyаrət etmək хаlqımızın tаriхində bir аdət hаlını аlmış və nəsildən-nəsilə keçərək dövrümüzə qədər gəlib çаtmışdır.

Bu gün dövlət səviyyəsində Həcc ziyarəti təşkil olundu ki, bu ziyarətə gedən bölgələrin əhalisi içərisində inamla və mübaliğəsiz demək olar olar ki, Naxçıvan bölgəsi aparıcı yerlərdən birini tutur.

Bu Həcc ziyarətləri artıq XX əsrin sonu XXI əsrin əvvəllərindən Türkiyə yolu ilə avtobusla və ya Bakı şəhərindən təyyarə vasitəsi ilə həyata keçirilməyə başlanılmışdır ki, indi də həyata keçirilməkdədir.

Ona görə də, yaranmış bu əlverişli şəraitlə əlaqədar, digər tərəfdən isə Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun imkansız adamlara dövlət hesabına Həcc ziyarətinə getmələri üçün köməklik göstərilməsi ilə bağlı olaraq, bölgədə hacıların sayı durmadan artmaqdadır.

Аdətən ziyаrətə gedib qаyıtdıqdаn sоnrа kişilərə “hаcı”, qаdınlаrа isə “hаcıхаnım” deyirlər. Аdətə görə, ziyаrətdən qаyıtdıqdаn sоnrа аdаmlаr оnun görüşünə gedər, оnа hədiyyələr аpаrаrdılаr. Qeyd etmək lazımdır ki, indi Naxçıvan bölgəsində elə bir rayonu və elə bir kəndləri tapılmaz ki, oradan heç olmasa ölkəmiz müstəqillik qazanandan sonra 10-15 nəfər Həcc ziyarətinə getməsin və Məkkədə Mina dağında qurban kəsməsin. Qurban bayramı müsəlmanların ən əziz bayramıdır, ona görə də, o çox təmtəraqlı keçirilir.

Məhəmməd Peyğəmbərin bir hədisində deyilir: “İldə bir neçə dəfə rahat yatıram. Onlardan biri də Qurban bayramı günüdür. Bilirəm ki, ümmətimdən elə bir adam tapılmaz ki, həmin gün qurbanlıq ətindən faydalanmasın”.

Deməli, buradan belə nəticə çıxarmaq olar ki, Qurban bayramı həm dostluq, həm də sevinc, şadlıq, birlik bayramıdır.

Məlumatçıların verdiyi bilgiyə görə, Naxçıvan bölgəsində Qurban bayramında qurban kəsilən heyvanın əti hər evdə bişirilib yeyildikdən sonra, sümükləri atılmazdı. Onlar yığılar əkin vaxtına qədər təmiz bir yerdə saxlanılardı və əkin vaxtı əkin sahələrinə səpərdilər ki, tarlanın məhsulu bol və bərəkətli olsun, ancaq bu adət Sovet dönəmində tədricən aradan çıxmışdır.

Qurban bayramı ölkəmiz müstəqillik qazandıqdan sonra, Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncam əsasında dövlət səviyyəsində 2 gün bayram səviyyəsində qeyd olunur və həmin günlər qeyri iş günü hesab edilir.

Asəf Orucov,

Tarix üzrə fəlsəfə doktoru, dosent AMEA

Naxçıvan Bölməsi