Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib.
İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
Niderlandın Azərbaycandakı səfirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar
Gizli sxemlərlə ticarəti davam etdirənlərin Azərbaycanı ittiham etməyə haqqı yoxdur
Qardaşlığı iqtisadi təzyiq vasitəsinə çevirmək cəhdləri qəbuledilməzdir - ŞƏRH