13 iyul 2022 11:11
926

İran Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və İran Ali Rəhbərinin nümayəndəsi Əli Şəmxani Azərbaycana səfər edəcək.

"İki sahil" İran mətbuatına istinadən xəbər verir ki, Əli Şəmxaninin səfəri iyulun 15-də baş tutacaq.

Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.