15 iyul 2022 18:42
613

Ceyhun Bayramov və Ararat Mirzoyan Tbilisidə görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşəcəyi ölkə məlum olub.

"İki sahil" Ermənistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iki ölkənin XİN rəhbərləri arasında ikitərəfli görüş sabah Tbilisidə baş tutacaq.