16 iyul 2022 15:40
788

Azərbaycan ilə Türkiyənin bir-birini dəstəkləmədiyi sahə yoxdur

Ankara və Bakı münasibətlərinin dinamikası bölgənin rifahı üçün əhəmiyyətlidir.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından (PA) deyiblər.

“Əlaqələrimizin hər sahədə inkişafı sadəcə iki qardaş ölkənin deyil, eyni zamanda, region ölkələrinin də rifahına xidmət edir”, - deyə administrasiyadan bildiriblər.

Açıqlamada o da qeyd olunub ki, bu gün hər iki dövlət siyasi arenada güc qazanmaqla yanaşı, qlobal enerji layihələrinə də imza atıb.

“İki qardaş ölkənin bir-birini dəstəkləmədiyi sahə yoxdur. Bundan sonra da əvvəlki illərdə olduğu kimi, sıx əməkdaşlıq edəcəyik”, - deyə Türkiyə PA-dan vurğulayıblar.