16 iyul 2022 23:13
823

İran XİN başçılarının Tbilisi görüşünü alqışlayır

İran Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır.

“İki sahil” xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi tviterdə yazıb.

"İran regionda davamlı sülh, sabitlik və təhlükəsizliyə aparan istənilən prosesi/təşəbbüsü dəstəkləyir. İkitərəfli danışıqlar və regiondaxili dialoqlar ("3+3" mexanizmi, İran-Rusiya-Türkiyə, Azərbaycan-Ermənistan-Gürcüstan) Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün ən yaxşı yoldur", - deyə səfir qeyd edib.