17 iyul 2022 01:10
1781

Yuqo Ekitiki PSJ-də

PSJ heyətinə yeni futbolçu qatıb. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paris təmsilçisi "Reims"dən Yuqo Ekitiki icarəyə götürüb. 20 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Ekitik ötən mövsüm Liqa 1-də 24 matçda 10 qol vurub. 20 yaşlı forvard komandasının bombardiri olub.