17 iyul 2022 12:53
808

Anti-milli qüvvələr hər fürsətdə çirkin əməllərini davam etdirir

Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən başlayaraq bugünədək əhalinin həssas qruplarına, xüsusilə də Qarabağ  müharibəsi iştirakçılarına, şəhid və qazi ailələrinə, eləcə də hərbi xidmət və ondan sonrakı dövrdə bu kateqoriyadan olan şəxslərə dövlət hər zaman xüsusi həssaslıqla yanaşıb. 2003-cü ildən başlayaraq ölkəmizin iqtisadi gücü artdıqca möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi müvafiq dövlət qurumları tərəfindən əhalinin bu təbəqəsinə  yüksək qayğı göstərilir. Qeyd etmək lazımdır ki, bu məsələlərə möhtərəm Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən böyük qayğı  ilə diqqət edilir.  Bu gün də oOnların sosial qayğıları, zəruri ehtiyacları, mənzil-məişət şəraitinin yaxşılaşdırlması üçün vacib işlər görülür. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan bu məsələdə silahlı münaqişə yaşamış dünyanın dövlətləri üçün bir örnəkdir. Bu gün ölkəmizdə minlərlə şəhid və qazi ailələri yüksək səviyyəli mənzillərlə , eləcə də nəqliyyat vasitələri ilə təmin olunub. Bölgələrdə bu qrupdan olan insanlara fərdi evlər inşa edilib. Milli Məclisdə bu kateqoriyadan olan insanlara onlarla imtiyazın şamil olunması üçün qanunlarda onlarla dəyişiklər qəbul edib. 

Bir daha vurğulamaq istərdim ki, ölkəmizdə həssas kateqoriyadan olan insanlara dövlət hər zaman özünün diqqət və qayğısını nümayiş etdirib.
Məhz bu günlərdə cari ilin altı ayının yekunlarına həsr edilmiş müşavirədə də dövlətimizin başçısı bu problemi xüsusi vurğulayaraq , hərbçilərin sosial müdafiəsi məsələlərinin dövlətimizin prioritet məsələsi olduğunu bildirdi. Heç kəsə sirr deyil ki,  hərbçilərin həm xidmət şəraiti, eləcə də mənzil şəraiti ilə bağlı böyük işlər görülür. Bu bir gerçəklikdir ki, Azərbaycanda bu sahədə görülən işlər dünyada nadir hallardan biridir.  Bildiyimiz kimi II Qarabağ müharibəsi iştirakçılarının hər bir ehtiyacı dövlət tərəfindən qarşılanır. Onların mənzil, avtomobil və digər zəruri avadanlıqlarla təminatı həyata keçirilir. Və əlbəttə ki, bu işlər sistemli, ardıcıl və növbəlilik əsasında icra edilir. 

Bildiyimiz kimi, möhtərəm Birinci vitse-prezidentimizin tapşırığı ilə artıq davamlı olaraq dördüncü nəsil protezlərin ölkəmizə gətirilir  və döyüşlərdə ağır xəsarətlərlə orqanlarını  itirmiş şəxslər bu vasitələrlə təmin olunur. Bununla bərabər ağır döyüşlərdə xəsarət almış hərbçilərimizin yenidən aktiv həyata qayıtması üçün ciddi addımlar atılır. Belə ki, müasir protezlər imkan verir ki, yaralanmış hərbçilərimiz yenidən normal həyat tərzinə davam etsin. Bu avadanlıq və cihazlar çox böyük maliyyə tutumu təşkil etsə də  dövlətimiz bu işləri tərəddüdsüz və davamlı olaraq həyata keçirir və bundan sonra da bu proses davam etdiriləcək. Bildiyimiz kimi bu gün Qarabağın dirçəlişi və ölkəmizin müdafiə-təhlükəsizlik sisteminin və ən müasir standartlarla yenidən qurulması dövlətimizin qarşısında duran ən ağır, məsuliyyətli və şərəfli məsələlərdən biridir. Lakin buna baxmayaraq  sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur və olunacaq. Bütün görülən bu işlərə görə dövlətimizin həyata keçirdiyi siyasəti humanist və sosial ədalətli siyasət adlandırmaq yerinə düşər. 

Qeyd etmək istərdim ki,  ölkəmizdə həm daxili, həm də xarici siyasət sahəsində çox böyük nailiyyətlər əldə olunsa da,  çox təəssüf ki, hələ də ermənipərəst qüvvələrin dəstəyi ilə içimizdə olan bir sıra antimilli qüvvələr öz çirkin fəaliyyətlərini dayandırmayıblar. "5-ci kolon"un ünsürləri olan bu qüvvələr hər fürsətdən istifadə edərək ölkəmizin ictimai-siyasi həyatında narahatçılıq yaratmağa çalışırlar. Bu mənada belə anti-milli qüvvələrə qarşı bütün cəmiyyət , o cümlədən müharibə veterenları və qazilər də sərt şəkildə öz mövqelərini göstərməlidirlər.

Məlahət İbrahimqızı, 
Milli Məclisin deputatı