18 iyul 2022 14:46
609

Gömrük Komitəsinin sədrinin iki birinci müavini olacaq

Gömrük Komitəsinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 2 birinci müavini olacaq.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Gömrük Komiutəsinin sədrinin 1 birinci müavini var idi.