18 iyul 2022 16:29
680

Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir

“Azərbaycan Prezidenti İlham Əliyev ilə enerji və Aİ-Azərbaycan münasibətlərinin vəziyyəti barədə xoş görüşümüz oldu”.

“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.

“Gəlin iqtisadi əlaqələrimizi gücləndirək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraq. Əlaqələnmə burada həlledici olacaq. Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.