19 iyul 2022 11:27
641

Ermənistan Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır

“Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini oradan çıxarır”.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, atəşkəs rejiminin yaradılması və Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra bölgədən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması olduqca təbii haldır. 

A.Qriqoryan qeyd edib ki, sözügedən bu proses artıq başa çatmaq üzrədir və sentyabrda tam olaraq yekunlaşacaq.