AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində 23 iyul 1993-cü ildə işğal edilən Ağdamı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Ordumuz azad etdi

Ağdam, biz qayıtdıq!
Ötən əsrin sonlarında monoetnik dövlət yaratmaq üçün himayədarlarının köməyinə arxalanan Ermənistan 1988-1993-cü illərdə artıq tarixin arxivinə göndərilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, eyni zamanda həmin ərazidən kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını zəbt etdi. Ermənistanın işğalı nəticəsində həmin ərazilərdə yerləşən rayonların dinc azərbaycanlı sakinləri etnik təmizləməyə məruz qaldılar. Həmin illər ərzində 20 min azərbaycanlı qətlə yetirildi, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu.
Həmin illərdə böyük çətinliklərlə üzləşən Ağdam rayonu 23 iyul 1993-cü ildə Ermənistan tərəfindən işğala edildi. Vəziyyəti ağırlaşdıran məqamlardan biri də bu idi ki, 1992-ci ilin 26 fevral tarixidə erməni silahlı birləşmələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıda törətdikləri soyqırımından canını qurtaran sakinlər Ağdamda sığınacaq tapmışdılar. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi, səbatsızlığı üzündən baş verən facilərə daha biri əlavə olundu, Ağdam rayonu da işğal edildi. Yaranan ağır vəziyyəti «1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir» ” sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev qardaş qanını axıdılmasına şərait yaradan bu vəziyyətin ağırlığını diqqətə çatdırırdı.

AXC-Müsavat cütlüyünün iqtidarda olduğu dövrə ötəri nəzər salmaqla ölkədə yaranan ictimai-siyasi vəziyyət barədə təsəvvür yaratmaq mümkündür. Ermənistanın torpaqlarımızı işğalı dövründə Azərbaycanı idarə edənlərin rəzilliklərinə diqqət yetirək.
Bu suala da çıxışlarında aydınlıq gətirən Prezident İlham Əliyevin vurğuladığı kimi, prezident seçilənə qədər heç bir idarəinin rəhbəri olmayan, zəif , iradəsiz elmi işçinin başıçılıq etdiyi ölkədə yaranan xaos təbii idi. Sonradan bəlli oldğu kimi, seçicilərinin heç əlli faizinin etimadını qazanmayan Əbülfəz Elçibəyin komandasındakı «məsullar»” da eyni keyfiyyətli, yarıtmaz kadrlar idi. Elmi işçi adını daşısa da yaradıcılığı bəlli olmayan, mövsümü ticarətə daha çox üstünlük verən «otkat”» sözünü lüğətimizə daxil edən baş nazir də elə prezident səviyyəsində dövlət adımı idi. On bir il aspiranturada oxusa da dissertasiyasını müdafiə edə bilməyən, sadəcə elmi işçi adı ilə tanınan «alim»” parlamentin sədri idi.
İqtidarda «komsomol»” adı ilə çağırılan, sonradan «dönük fluger»” adlandırılan Əli Kərimli dövlət katibi işlədiyi müddətdə karyerasını artırmaq üçün nəinki özünün ustadı hesab etdiyi sabiq prezident Əbülfəz Elçibəyə, o dövrdə ümumi adları «xalq cəbhəsi» adlandırılan bütün yoldaşlarına xəyanət etmişdi. «Şuşa əldən getsə, başıma güllə vuracağam» söyləyən riyaziyyat müəlliminin müdafiə naziri olduğu AXC-Müsavat cütlüyünün səbatsızlığı üzündən torpaqlarımız Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunurdu. O vaxt Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə fiziki təzyiq göstərimək üçün muxtar respublikaya desant göndərən daxili işlər naziri elə ilk zərbəni xilaskarlarının müdafiəsinə qalxan naxçıvanlılardan aldı.
Belə çıxdaş iqtidarın rəhbərlik etdiyi ölkədə yaranan vəziyyətin əlavə şərhə ehtiyacı yoxdur. Yarıtmaz rəhbərlikləri nəticəsində respublikanı siyasi-iqtisadi böhran vəziyyətinə salan AXC-Müsavat cütlüyünün səbatsızlığı nəticəsində baş verən Gəncə hadisələri zamanı ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. AXC-Müsavat hakimiyyətinin «yetişdirdiyi»” Milli Qəhrəman” Sürət Hüseynovun Gəncədəki hərbi hissədə yaratdığı qiyamdan qorxan iqtidarsızlar «vəzifələrini dondurmaq”la», istefalar verməklə məsuliyyəti öz üzərlərindən atmağa çalışdılar. Amma o çətin dövrdə də Azərbaycan xalqını düşdüyü çətin vəziyyətdən qurtaran ulu öndər Heydər Əliyev oldu. Prezident İlham Əliyev «Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi»” sözləri ilə özlərini iqtidar hesab edənlərin qorxaqlıqlarını , səbatsızlıqlarını, dövlətçiliyimizə, millətimizə göstərdikləri xəyanətləri açıqlayır. Bu cür iqtidarsızların yarıtmaz hakimiyyəti üzündən Ermənistan tərəfindən olunan Ağdam kimi, digər rayonlarımız da 30 ilə yaxın işğal altında qaldı.
İşğal nəticəsində Ağdam rayonuna 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vuruldu. İşğal illərində Ağdam viran edilmiş, «Ruhlar şəhəri»”, «Qafqazın Xirosiması»” adlarını almışdır. Ağdam sakinləri Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşdular, şəhidlər verdilər.

Artıq Ağdam azaddır. 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsində işğaldan bir güllə atılmadan azad olunan rayonlardan biri də Ağdam rayonudur.
Ağdam şəhərinin Baş Planının təqdim olnması mərasimində burada aparılacaq bərpa-quruculq işlərindən bəhs edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, qısa müddətdə Ağdamın inkişafı istiqamətində çox önəmli ciddi addımlar atıldı, bir çox sosial sosial layihələr həyata keçirildi. Məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi açıldı. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. İşğal dövründə tamamilə dağıdılan rayonun ərazisi yenidən canlanır.
“Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu.
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixi kimi salnaməmizə yazıldı. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibə tarixinin təhlil olunması, öyrənilməsi ölkəmizin siyasi,iqtisadi, hərbi qüdrətinin etirafıdır.
İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızı qürurla taxan Azərbaycan əsgər-zabitinin Şuşa əfsanəsi qədim mədəniyyət paytaxtımızı gələnləri heyran edir,
Azərbaycan xalqı 44 günlük müharibədə qazandığı Qələbə ilə göstərdi ki, millətində Vətən sevgisi, milli ruhu yüksək olan, torpaqları, yurdu uğrunda canılarından keçməyə hazır olan qüdrətli dövlətin sakinləridirlər. 30 il havadarlarının dəstəyi ilə özünü qüdrətli, ordusunu «mifik gücə malik» hesab edən Ermənistanı 44 gündə məğlub edən Azərbaycan xalqı babalarımızdan bizə ərmağan qalan tarixi missiyanı davam etdirdi. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr göstərdi ki, qalib kimdir, məğlub kim. 2020-ci ilin 10 noyabr tarixində Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən qüdrətli ölkəmiz bütün dünyaya bəyan etdi ki, 30 ilə qədər ikili standarlardan əziyyət çəkən, ədalətsizliklə üzləşən Azərbaycan öz haqqını gücü, qüdrəti ilə bərpa etdi.
Ağdamlılarla görüşünü tarixi gün adlandıran, işğaldan azad edilmiş ərazi olaraq ilk ilk Ağdamın Baş Planının artıq təsdiqlənməsini qürurla bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi , 140 ilik tarixi olan 1 saylı məktəbin, 200 hektar əraziyə malik Ağdam Sənaye Parkının təməlinin qoyulması, İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verilməsi, İşğal və Zəfər muzeylərinin konsepsiyalarının hazırlanması quruculuq işlərinə daxil olan önəmli vəzifələrdir. Bütün Qarabağ zonası kimi Ağdam da “yaşıl enerji” zonası, “ağıllı şəhər” konsepsiyası əsasında inşa ediləcək.

Bəli, Ağdamın əvvəlkindən daha gözəl, müasir görkəmə salınmaı üçün görülən işlər sürətlənir. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin vüsəti müqabilində iqtidarda olduqları müddətdə torpaqları satan, cinayətlər törədən AXC-Müsavat cütlüyünün xəyanətlərini xilaskar, Azərbaycan xalqına sevinci anlar yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə xatırlatmaq yerinə düşər: “Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb. O vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər. Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! İndi ağdamlılar kimi, bütün Azərbaycan xalqı qürurla söyləyir ki, Ağdam bizimdir! Qarabağ bizimdir!»
Xuraman İsmayılqızı, “İki sahil”