20 iyul 2022 21:41
991

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir

Məlum olduğu kimi iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda görüş keçirmişdir. Artıq bu bir həqiqətdir ki, Azərbaycan həm geosiyasi, həm iqtisadi baxımdan bir çox xarici dövlətlər və Beynəlxalq təşkilatlar üçün etibarlı tərəfdaş kimi qiymətləndirilir. Ölkəmiz qazandığı tarixi Zəfərdən sonra bölgədə və regionda yeni reallıqlar yaratmış oldu ki, bu da məhz ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasi kursunun məntiqi nəticəsi kimi qiymətləndirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın 15 ildən çox tarixi vardır.

Bildiyimiz kimi Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bazar ertəsi günü Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar və bu imzalanan Memarandum Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığına yeni töhfələr verəcəkdir.

Azərbaycan bölgədə ən etibarlı strateji tərəfdaş kimi bütün dünyanın diqqət mərkəzindədir və bu amil ölkəmizin dünyanın siyasi arenasında böyük nüfuz və söz sahibi olmasına dəlalət edir.

Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və bu münasibətlər yüksələn xətt üzrə  inkişaf etməkdədir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna birinə çevrilib. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.

Bu reallıqlar bir daha təsdiqləyir ki, Azərbaycan, sözün əsl mənasında  müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, uğurlu daxili və xarici siyasət xətti Azərbaycanın beynəlxalq aləmdə nufuzunun gündən günə artmasına böyük zəmin yaratmışdır.

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri