20 iyul 2022 17:48
1196

Böyük  Qayıdış başladı!  

19 iyul 2022-ci il tarixində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydış Proqramı üzrə Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış  Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanmışdır. Qeyd edək ki, bu ilin mayın 27-də Zəngilan rayonunun  Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanın Mehriban Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan  İlham Əliyev cənablarının  rəhbərliyi ilə   Müzəffər Azərbaycan Odusu  2020-ci ilin 27 sentiyabr ayında başlayan və 44 gün davam edən  Vətən Müharibəsində  döğma torpaqlarımızı düşmən işğalından azad etdi. Vətən Müharibəsi zamanı  Azərbaycan Ordusunun əsgər və zabitləri misilsiz qəhrəmanlıqlar göstərərək  Azərbaycan xalqının Zəfər  Səlnaməsini yazdılar.

Şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra azad olunmuş ərazilərin yenudən qurulması və bərpası Azərbaycan dövlətinin qarşısında duran ən vacib vəzifələrdən birinə çevrildi.İşğaldan azad edilmiş ərazilərin bərpası  Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli  Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetlərdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyinin göstəricisidir Bərpa prosesinin səmərəli və mərkəzləşdirilmiş şəkildə təşkil edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən zəruri tədbirlər görülür və görülməkdədir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2921-ci ilin dövlət büdcəsindən 2178,4 milyon manat vəsait xərclənmişdir. 2022-ci il üçün bu məqsədə Dövlət büdcasində 2670,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Hal-hazırda  işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişlənir. Hava  Limanları  tikilib istifadəyə verilir, dəmir yolları, avtomobil yolları çəkilir, elktrik stansiyaları tikilir və digər infrastruktur layihələri həyata keçirilir.  Müqayisə üçün demək lazımdır ki, azad edilmiş ərazilərin sahəsi dörd Lüksenburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.

Xalqın ümid və istəklərini həmişə əsas tutan cənab Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında    Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində həyara keşirilən geniş miqyaslı tikinri quruculuq və bərpa işləri Azərbaycanın öz gücünə aparılır. Doğma Qarabağ və Zəngəzurda aparılan geniş miqyaslı qurucululuq işlərinin  hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyəti və mənəvi dəyəri var.

Bu gün Zəngilan rayonununda  “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanması ilə  “Böyük Qaydış” prosesinə start verildi. Bu münasibətlə Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin  təbrik edir, Azərbaycan Respublikasının uğurlu inkişafı naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Əminik ki, cənab Prezidentin  rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri nəticəsində “Böyük Qaydış” Proqramı uğurla həyata keçiriləcək, vaxtı ilə həmin ərazilərdə yaşayan vətəndaşlarımız  tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.

Rauf  Əliyev,

Milli Məclisin deputatı