21 iyul 2022 23:28
674

İlk altı ay respublikamızın inkişafının növbəti uğurlu mərhələsi oldu

Cari ilin birinci yarısında ölkəmizdə sahələr üzrə aparılan islahatlar, yürüdülən  həm  daxili, həm də xarici siyasət sahəsində  bütün  parametrlər üzrə uğurlara imza atılmışdır. Eləcədə beynəlxalq arenada artan nüfuz, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq ictimayyətə göstərilən dəstək, Qoşulmama Hərakatının fəaliyyətinə verilən töhvələr ötən altı ayın nailiyyətləri sırasındadır.

Müharibədən yenicə çıxmış dövlətdə qeyd etdiyim uğurların əldə olunması dünya tarixində nadir hadisələrdəndir. Belə ki, II Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında dövlət-xalq birliyinin nəticəsi olaraq əldə olunmuş tarixi qələbə, postmüharibə dövründə yeni-yeni uğur və nailiyyətlər üçün stimul oldu. Bütün sahələrdə əldə olunmuş yeniliklər daha yüksək templə inkişaf etdirildi. Baxmayaraq ki, son illər həm də bütün dünyanı, o cümlədən ölkəmizi narahat edən COVID-19 pandemiyası ilə mübarizə illəri kimi də tarxdə qalacaq.

Beləliklə, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan iqtisadiyyatı və uğurla həyata keçirilən həm daxili, həm də xarici siyasət strategiyası nəticə etibarilə bütün inkişaf istiqamətləri üzrə tarixi nailiyyətlərin əldə olunmasına imkan və şərait yaratdı. Həm II Qarabağ müharibəsi nəticəsində əldə olunan uğurla tarixi qələbənin iştirakçısı və şahidi olduq, həm də pandemiyaya qarşı uğulu mübarizə nümunəsi yarada bildik.

Müharibədən ötən 1 il 8 ay ərzində ölkə miqyasında görülmüş işlərin həcminə nəzər saldıqda  demək olar ki, bu müddət ərzində ötən  hər günün tarixi əhəmiyyəti vardır. Eləcə də cari ilin yanvar-iyun  ayları ərzində  dövlət rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin  başçılığı altında görülmüş işlər, həyata keçirilmiş tədbirlər, icra olunmuş layihələr sübut edir ki,  Respublikamız  uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələr icra edilir.

Nəticə etibarı ilə bu aylar  ərzində ölkəmizin  dünyada  nüfuzu artmış, beynəlxalq arenada Azərbaycanın  rolu yüksəlmiş,  həmrəyliyə və köməyə ehtiyacı olan  ölkələrə  göstərilmiş dəstəyə, xüsusilə  humanitar və  maliyyə dəstəyinə görə  təkcə ayrı-ayrı  dövlətlərdə  və cəmiyyətlərdə deyil, eyni zamanda  beynəlxalq  təşkilatlarda  dövlətimizə  olan  inam və etibar  yüksəlmişdir. Bu sırada Azərbaycanın  Qoşulmama  hərəkatındakı, Türk Dövlətləri  dövlət başçılarının eləcə də Xəzəryanı dövlətlərin  dövlət və hökumət başçılarının  toplantılarındakı  iştirakı, mədəniyyət  paytaxtımız olan  Şuşa şəhərində beynəlxalq  səviyyəli  silsilə  tədbirlərin təşkili, Bakı şəhər  halqası 2022-ci il Formula 1 Azərbaycan Qran-prisinin  keçirilməsi kimi əhəmiyyətli tədbirlər, beynəlxalq  arenadakı idman  yarışlarında ard-arda  əldə olunan uğur və nailiyyətlər  məhz bu  inamı və etibarı  yaradan və  möhkəmləndirən  amillərdir.Burada dünya  nəhəngi olan   Amerika  Birləşmiş  Ştatları və Avropa  siyasətini yönəldən Avropa ittifaqı ilə sıx və səmimi münasibətlərin   inkişafınıda qeyd etməmək olmaz.

Ötən  yarımil ərzində Ermənistan Azərbaycan  əlaqələrində sülh  istiqamətində  bəzi irəliləyişlər olsa da, real  nəticələr əfsus ki,  hələ də  yoxdur.Lakin  mövqelərin  konkret ifadə olunması və bundan ötrü qarşı tərəfə real  təkliflərin  edilməsi  baxımından  uğurlar da əldə edilmişdir. Belə ki, qeyd olunan təkliflərin Ermənistan tərəfindən qəbulu, delimitasiya üzrə işçi qrupunun yaradılması və sülh təşəbbüslərinə müsbət yanaşma bu sahədə əldə olunan nailiyyətlərdəndir.

Hərbi təhsildə islahatlar, yeni hərbi kontraktların imzalanması, yüksək texnoloji imkanları olan  silahların alınması,  Komando hərbi hissələriin  yaradılması,  minlərlə şəhid və qazi ailələrinə mənzillərin, avtomobillərin  verilməsi, qazilərin sağlamlığının bərpası və  sosial reablitasiyası, reablitasiya mərkəzlərində qazilərin ən yüksək texnoloji üstünlükləri olan  pratezlərlə təminatı bu kateqoriyadan olan insanlar üçün məşğulluq marafonlarının təşkili də ötən ayların əldə olunan  uğurlarıdır.

Heç şübhəsiz ki, əldə olunan bütün uğurların başlıca meyarı həm də uğurlu iqtisadi siyasət, iqtisadiyyatın ümumi həcminin artımıdır. Təsadüfi deyil ki, cari ilin ilk altı ayı ərzində xarici invesitorların ölkəmizə marağı artmış, xüsusilə də Qarabağ və Şərqi Zəngəzura investisiya yaratmaq istəyənlərin sırası genişlənmişdir.

Tranzit yüklərin, xüsusi Xəzər dənizi üzərindən yükdaşımalarının həcmindəki artım təkcə regionda deyil, bütövlükdə Avrasiya məkanında Azərbaycanın əhəmiyyətini artırır.

Əldə olunan nailiyyətlər sırasına  ərzaq təhlükəsizliyinin aradn qaldırılması ilə əlaqədar  məsələləri, işğaldan azad edilmiş  ərazilərdə  görülən və  görülməkdə olan işləri,  həyata keçirilən layihələri də əlavə etməklə deyə  bilərik ki, öz  inkişafının sürətli  mərhələsinə qədəm qoymuş Azərbaycan  iqtisadiyyatı əldə olunan bütün  uğurların  əsasən insan  kapitalına, əhalinin  sosial rifah  halının  yüksəldilməsinə yönəltmişdir.

Hər bir cəmiyyətdə olduğu kimi təssüf ki, Azərbaycan cəmiyyətində də bəzən  kölgə iqtisadiyyatı, korrupsiya halları  aşkarlanır ki, bu kimi  hallarda  görülən işlərə, həyata keçirilən  islahatların ruhuna ziddir. Lakin bu  neqativ hallara qarşı davamlı mübarizə  aparılır. Iqtisadiyyatda şəffaflığın təmin olunmasından ötrü həyata keçirilən tədbirlərin nəticəsidir ki, təkcə cari ilin I yarısında büdcə  daxil  olmaları proqnozdan 2 milyard manat    artıq olmuşdur.

Heç şübhəsiz ki, cəmi altı ay ərzində qeyd olunan naliyyətlərin əldə olunması çevik iqtisadi və siyasi fəaliyyətin, dövlət idarəçiliyi sahəsində operativliyin təminatının və əlbətdə ki, öncədən müəyyən müəyyən olunmuş stratejiyanın  bəhrələridir. Böyük inam hissi ilə deyə bilərik ki, möhkəm təmməllər üzərində qurulmuş Azərbaycan dövlətinin həm ölkə daxilində, həm də beynəlxalq arenada əldə etdiyi uğur və nailiyyətləri davamlı olacaqdır.

Kamil Qurbanlı,

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri