“Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiyanın yenidən formalaşdırılması ilə bağlı təklif hazırlamışıq”.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.
Rövzət Qasımov bildirib ki, həmin komissiyanın işinə MSK sədrinin müavini sədrlik edir və komissiyanın rəhbəri hesab olunur.