“Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əlaqələr çox intensiv inkişaf edir”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.
“Biz Azərbaycanla belə dinamik dialoqa malik olmaqdan çox məmnunuq”, - səfir bildirib.