28 iyul 2022 18:09
914

Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb.