28 iyul 2022 19:20
711

Çavuşoğlu: Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır

Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır.

"İki sahil" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

“Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq mexanizmləri vacibdir. Bildirdiyim kimi, regiondakı hazırkı vəziyyəti nəzərə alaraq, Gürcüstanın 3+3 formatı ilə bağlı mövqeyi aydındır, lakin bu mərhələdə, biz regionda davam edən proseslərlə bağlı müzakirələrə 3+2 formatında davam edirik”, - deyə XİN başçısı qeyd edib.