29 iyul 2022 22:40
897

Aleksis Sançes bu klubla razılığa gəldi

"İnter"in futbolçusu Aleksis Sançes karyerasını Fransada davam etdirəcək.

"İki sahil" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, çilini hücumçu "Marsel"lə razılığa gəlib.

Yaxın günlərdə bu transferin açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə "Mançester Yunayted"dən "İnter"ə keçən Sançes bu müddətdə bütün turnirlərdə 108 oyuna 20 qol vurub, 23 qol ötürməsi edib.