31 iyul 2022 07:59
750

Novxanı çimərliyində gənc oğlan dənizdə batıb

Abşeron çimərliyində gənc oğlan dənizdə batıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı - nəzarətsiz ərazi) 1998-ci il təvəllüdlü Cəfərov Əkram Naib oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.