01 avqust 2022 14:14
859

Ceyms Şarp işğaldan azad olunan ərazilərə gedib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Şükürbəyli kəndinə gedib.

“İki sahil” xəbər verir ki, bunu diplomat tviter səhifəsində yazıb.

“Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik. Azərbaycan-Böyük Britaniya əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik. Bizim bu regionun minalardan təmizlənməsinə verdiyimiz dəstək artıq milyon funt-sterlinqdən çoxdur”, - C.Şarp vurğulayıb.