02 avqust 2022 12:37
598

Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin I üçtərəfli görüşünün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Daşkənd Bəyannaməsi türk dünyasının rifahını artıracaq və münasibətləri gücləndirəcək, eyni zamanda, bu mexanizm çərçivəsində konkret layihələr ərsəyə gələcək.