Qarabağ Azərbaycan ərazisi olduğundan sülhməramlıların missiyasının İrəvan tərəfindən qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur
"Paşinyan indicə hökumətin iclasında çıxış etdi. Çıxışında Azərbaycanın Üçtərəfli Bəyanatı pozduğunu, sənəddəki 3 bəndin yerinə yetirilməli olduğunu qeyd etdi: Laçın dəhlizi açıq olmalıdır, "Dağlıq Qarabağ" ərazi vahidi qəbul edilməlidir, "Dağlıq Qarabağ"la sərhəd xətti tanınmalıdır. Paşinyan eyni zamanda qeyd edib ki, Qarabağda Ermənistan silahlı qüvvələri yoxdur, "Dağlıq Qarabağ"ın özünümüdafiə qoşunları var."
Bunu sosial şəbəkə hesabında politoloq Zaur Məmmədov yazıb.
Politoloq qeyd edib ki, Paşinyan özünü təlxəkliyə qoyub və Üçtərəfli Bəyanatda "sülhməramlıların bölgəyə girişi ilə eyni vaxtda bölgəni erməni hərbi birləşmələri tərk etməlidirlər" cümləsini qulaqardına vurur: "Onun bu absurd çıxışı ondan xəbər verir ki, Nikol 2018- 2020 ci illərdə olduğu kimi yeni müharibənin başlanmasını labüd edir. Çünki Ermənistandan 1 avqust tarixinə qədər silahlı birləşmələri çıxarmaq tələb edilmişdi.
Yeri gəlmişkən, Nikol çıxışı zamanı dünən və ondan qabaq ordumuzun lazım olan məntəqələri tutduğuna görə rus sülhməramlılarını ittiham edib. O bildirib ki, Ermənistan sülhməramlıların bölgəyə gəlişini hüquqi müstəvidə qəbul edib, ancaq Azərbaycan bilərəkdən onların Qarabağdakı fəaliyyətini leqallaşdırmayıb. Paşinyan deyəsən yenə nələrisə səhv salır. Qarabağ Azərbaycan ərazisi olduğundan sülhməramlıların missiyasının İrəvan tərəfindən qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur.
O ki qaldı onun Zəngəzur dəhlizini açmağa Ermənistan hazırdır bəyanatına. Bu bəyanat indiki halda ciddi deyil. Dünən Müdafia Nazirliymiz bir daha əsas tələbin nədən ibarət olduğunu söylədi."