04 avqust 2022 14:53
948

Putin-Ərdoğan görüşündə Qarabağdakı gərginliyin müzakirə olunması istisna deyil

Kreml də Qarabağdakı gərginlikdən dolayı narahatdır və tərəfləri sakitliyə və üçtərəfli razılaşmaların icrasına çağırır.

“İki sahil” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O, sabah Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündə bu məsələnin müzakirə olunacağını istisna etməyib.