“Hazırda dairə seçki komissiyalarının sərhədlərinin müəyyənləşdirilməsi üzrə iş gedir”.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, faktiki qanunvericiliyin tələbinə uyğun addımların atılmasına üstünlük verilir: “Bəzi dairələrdə seçici sayı kifayət qədər azdır. Bu, respublika üzrə həssas işdir, xırda detallar çoxdur ki, onları nəzərə alaq. 830-dan çox yaradılan yeni seçki məntəqələrinin 30-dan çoxunun yaranmasına səbəb məsafə ilə bağlıdır. Seçicilər çox zaman məsafənin uzunluğundan şikayət ediblər. Bu cür hallar yolverilməzdir. Seçkilər bəzən qış vaxtına da düşür. Məsələn, bələdiyyə seçkiləri. Ona görə bütün detalları nəzərə alaraq dairə seçki komissiyalarının sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı işi tamamlamağa çalışırıq”.