04 avqust 2022 17:36
853

ABŞ Azərbaycanla Ermənistan arasında dialoqa kömək etməyə hazırdır

ABŞ Azərbaycanla Ermənistan arasında dialoqa kömək etməyə hazırdır.

“İki sahil” xəbər verir ki,  bunu ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.

Danışıq zamanı E.Blinken bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında dialoqun və regionda uzunmüddətli sülhün təmin olunması üçün öz həmfikirləri ilə qarşılıqlı fəaliyyətə hazırdır.