06 avqust 2022 00:54
653

Bakıda ana və azyaşlı oğlunu avtomobil vurub

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 5 yaşlı uşaq və anası ağır xəsarət alıb.

“İki sahil” xəbər verir ki,  hadisə Cənubdərə adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Babayeva Gülnarə Məhəmməd qızını və övladı - 2017-ci il təvəllüdlü Babayev Seyfulla Teyfulla oğlunu minik avtomobili vurub.

Onlar yolu keçməək istəyərkən qəzaya düşüblər. Hər ikisi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Uşağın vəziyyəti daha ağır qiymətləndirilir.