06 avqust 2022 19:55
667

Ümumdünya Şahmat Olimpiadası: Kişilərimiz qələbə qazanıb, qadınlarımız heç-heçə edib

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

“İki sahil” xəbər verir ki, bu gün keçirilən 8-ci turda kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Qazaxıstan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.

Olimpiadada çıxışını davam etdirən qadınlardan ibarət yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) isə Rumıniya şahmatçıları ilə heç-heçə ediblər.

Olimpiadada kişilərin yarışında 188, qadınların yarışında 162 ölkədən komandalar mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.