06 avqust 2022 20:02
698

Gürcüstandan Azərbaycana dəstək

4 avqust tarixində Azərbaycanın Londondakı səfirliyinə edilən təxribatla əlaqədar Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək tam dəstəyini ifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Aktual.ge” xəbər portalının sorğusuna cavab olaraq Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat verib.

"Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla şəxsi söhbət edib və 4 avqustda baş vermiş hadisəyə görə tam dəstək və həmrəy olduğunu bildirib".

Xatırladaq ki, 4 avqust tarixində Azərbaycanın Londondakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.